Şriftin ölçüsü:

Saytın rəngi:

19.04.2024

Qəbələ, Zərdab və Beyləqanda dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub

Aprelin 18-də Qəbələ rayonunun Zarağan kənd 1 saylı tam orta məktəbində “Yeniyetmə və gəncləri dini radikalizmdən qoruyaq!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.  Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İsmayılov, müəllimlər və şagirdlər iştirak ediblər.

***

Aprelin 19-da Beyləqan Rayon Peşə məktəbində “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Cəfərsadiq Cəfərli, Bəhrəm Abbaslı, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Aprelin 19-da  Zərdab şəhər Peşə Liseyində  “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloyi təsir üsulları” adlı tədbir keçirilib. Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, müəllim və tələbələr iştirak ediblər.

 

Çıxışlarda dini radikalizmin fəsadlarından bəhs olunub. Respublikamızda dini radikalizmə qarşı həyata keçirilən mübarizə tədbirlərindən danışılıb. Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti yüksək qiymətləndirilib.

Hər üç tədbir müzakirələrlə davam edib.