Şriftin ölçüsü:

Saytın rəngi:

24.04.2024

Bölgələrdə maarifləndirmə tədbirləri keçirilib

Aprelin 24-də respublikamızın bölgələrində müxtəlif mövzulara həsr olunmuş maariflənirdirmə tədbirləri keçirilib.

Zaqatala şəhər Vətən Müharibəsi Qəhrəmanı Şixamir Qaflanov adına Humanitar fənlər təmayüllü gimnaziyada "Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasında dini icmaların rolu", Siyəzən şəhər Nazim Əsədov adına 4 saylı tam orta məktəbində “Uşaq hüquqlarının qorunması: erkən nikah problemi və ona qarşı mübarizə yolları”, Ucar rayonunda “Selektiv abort hüquqi və mənəvi aspektləri”, Ağstafada “Məktəblilərin mənəvi dünya görüşünə təsir edən amillər”, Gəncə şəhərində yerləşən Aqrar Universitetdə "Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları", Balakən rayonu Katex zavod kənd tam orta məktəbində "Sağlam həyat tərzi uğurlu gələcəyin zəmanətidir", Xocavənd rayonununda “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər”, “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə təhdid kimi”, eləcə də Zərdab rayonunda “Milli dövlətçiliyimizin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərlərimiz” mövzularında tədbirlər keçirilib.

Mövzuların müzakirəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) bölgə şöbələrinin müdirləri, əməkdaşları, təhsil işçiləri, gənclər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda mövzuların əhəmiyyətindən danışıblar. DQİDK-nın maarifləndirmə istiqamətində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər.

Tədbirlər müzakirələrlə davam edib.