Şriftin ölçüsü:

Saytın rəngi:

KÖNÜLLÜ FƏALİYYƏT / 

Könüllü fəaliyyət xəbərləri
04.12.2023 / Könüllü fəaliyyət xəbərləri

Dövlət Komitəsinin növbəti “Könüllü fəaliyyət” layihəsi işə başlayıb

Dekabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) “Könüllü fəaliyyət” layihəsinin yeni könüllü qrupu ilə görüş keçirilib.

DQİDK-nın Aparat rəhbəri Amil Cavadov əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin tarixi inkişafında müstəsna əhəmiyyətə malik olduğundan, bu gün də bu missiyanı Prezident İlham Əliyevin layiqincə davam etdirərək, dünya miqyasında bir nümunəyə çevirməsindən bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin gənclər siyasəti sahəsinə göstərdiyi diqqət dövlət başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.

A.Cavadov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti barədə könüllülərə geniş məlumat verərək könüllülük məktəbini gənclər üçün gələcəyə doğru atılmış mühüm addım kimi dəyərləndirib. Qeyd edib ki, müvafiq qanunvericilik bazası olan könüllülük hərəkatı hər bir gəncə özünü ifadə etmək, gələcək karyera üçün təcrübə toplamaq və yeni dostlar qazanmaq imkanı verir.

Komitə rəsmisi könüllü kimi fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən xüsusi sertifikatlar veriləcəyini, bunun da onların gələcək əmək fəaliyyətinə uğurlu keçid fürsəti olacağını diqqətə çatdırıb.

Görüşün sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb.