Şriftin ölçüsü:

Saytın rəngi:

Media / 

Xəbərlər
28.03.2024 / Xəbərlər

Qaxda “Aprel döyüşləri: Şanlı zəfərə aparan yol” mövzusunda tədbir keçirilib

Martın 28-də Qax rayon Tasmalı kənd tam orta məktəbində “Aprel döyüşləri: Şanlı zəfərə aparan yol” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, rayon gənclər və idman sektorunun müdiri Elvin Həsilov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Öncə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda vurğulanıb ki, 2016-cı ilin Aprel döyüşləri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirib. O da qeyd edilib ki, Aprel döyüşləri, eləcə də Vətən müharibəsi dövlətin və ordunun gücünü, xalqın birliyini, həmrəyliyini və vətənpərvərliyini bütün dünyaya sübut etdi.