Şriftin ölçüsü:

Saytın rəngi:

Dini abidələr / 

Məscidlər
06.04.2020 / Məscidlər

"Möhsün Səlim" məscidi

Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi

Məscidi 1916-cı ildə Möhsün Səlim adlı milyonçu tikdirmişdir. Daxili sahəsi 210 kv. metrdir. İkinci mərtəbədə qadınlar üçün 40 kvadratmetrlik ibadət yeri ayrılmışdır. Məscidin giriş qapısı oxvari tağ formasındadır. Diametri 14 metr olan gümbəzin aşağı hissəsində dairəvi şəkildə 16 pəncərə  yerləşdirilmişdir. İbadət yerinin döşəmədən gümbəzə qədər hündürlüyü 19 metrdir.

Sovet hakimiyyəti dövründə fəaliyyəti dayandırılmış məscid Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da yararsız olduğundan uzun müddət bağlı qalmışdır. Hətta, 1918-ci ildə erməni daşnaklarının atdığı top məscidin günbəzini deşmiş, çatlar əmələ gətirmişdi. Sakinlərin müraciətindən sonra bu vəziyyətlə yerində tanış olan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə məsciddə bərpa işlərinə başlanılıb. 2006-cı il iyunun 15-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məscidə gələrək görülmüş işlərlə tanış olublar.

Məscid əsaslı şəkildə təmir edilib. Məscidin həyətində 100 nəfərlik salon, dəstəmaz otaqları, kişi və qadınlar üçün ayrı-ayrılıqda hücrələr, din xadimləri üçün məşvərət otağı, daimi suyu, mətbəxi olan təzə bina tikilib, hər cür lazımi avadanlıqla təmin edilib.

Məscid dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına daxil edilib.