Şriftin ölçüsü:

Saytın rəngi:

Dini abidələr / 

Alban abidələri
22.07.2022 / Alban abidələri

ALBAN MƏBƏDİ (XVII əsr), Piçənis kəndi

Həkəri çayı sahilində dəniz səviyyəsindən 1400-1500 metr yüksəklikdə yerləşən Piçəniş kəndi də Qafqaz Albaniyası dövrünə aid memarlıq abidələri, bədii daş nümunələri ilə zəngindir. Kənd ərazisindəki alban dövrünə aid qədim tikili kompleksinin qalıqları kəndin 2 km cənub-şərqinə – Ağcayazı kəndinə qədər uzanır.

Piçənis kəndində alban memarlıq abidələri sırasına daxil edilən XVII əsrə aid alban kilsəsi mövcud olmuşdir. Sövmə formasında olan tikilinin xaricdən ölçüsü 11,80x8,20 metr, divarının qalınlığı 110 sm-dir.

Bu qədim alban tikilisi müasir dövrədək qorunub qalsa da, Qarabağın digər alban məbədləri kimi saxtalaşdırılmağa, erməniləşdirilməyə məruz qalmışdır. 2003-cü ildə ermənilər tərəfindən bu abidənin fasadındakı alban dövrünə aid tarixi daş kitabə çıxarılaraq üzərində erməni dilində yazı və xaç şəkli olan digər saxta daş lövhə yerləşdirilmişdir. Ermənistan hökuməti 2007-ci ildən bu ərazidəki bütün memarlıq abidələrini erməni abidəsi kimi qələmə vermişdir.