Şriftin ölçüsü:

Saytın rəngi:

Dini abidələr / 

Alban abidələri
25.07.2022 / Alban abidələri

ALBAN MƏBƏDİ (XII əsr), Hoçaz kəndi

Laçın rayonunun ən qədim yaşayış məskənlərindən biri olan Hoçaz kəndinin ərazisində alban dövrü abidələri olaraq V əsrə aid olan mağara məbəd və XII-XIII əsrə aid bazilika mövcuddur. Kəndin ərazisi Qafqaz Albaniyası dövrünə aid sujet xarakterli daş oymalar, at qoç fiqurları və digər bədii daş sənəti nümunələri, eləcədə bir çox daş kitabə nümunələri ilə zəngin olmuşdur.

Hoçaz kəndinin mərkəzində yerləşən alban məbədinin inşa tarixi XII-XIII əsrlərə aid edilir. Abidə ikinefli bazilikadır. Məbədin uzunluğu 13,40 m, eni 8,15 m, divarlarının qalınlığı 105-110 sm-dir.

Ermənilər Hoçaz kəndini işğal etdikdən sonra bu məbədin cənub fasadının üzərindəki yazılı daşı 1995-ci ildə məhv etmiş, alban məbədlərinə erməni dilində saxta yazı nümunələri yerləşdirərək alban tarixi abidələrini erməniləşdirməyə çalışmışlar. Hoçaz kəndinə Ermənistanda hazırlanmış saxta yazılı daşlar gətirərək buradakı alban bazilika və şovmələrin üzərlərinə bərkitmişlər. Ermənistan hökuməti 2007-ci ildə qanunsuz olaraq buradakı alban abidəsinə erməni kilsəsi statusu vermişdi.