Şriftin ölçüsü:

Saytın rəngi:

Dini abidələr / 

Alban abidələri
13.08.2022 / Alban abidələri

ALBAN KİLSƏSİ (XVII əsr), Minkənd

Kilsə Minkənd kəndinin mərkəzində yerləşir. Qafqaz Albaniyası dövrünə aid üç nefli monastır tipli bazillikadır. Məbədin giriş divarı üzərində tikinti tarixi olaraq 1675-ci il yazılmışdır. Məbəd binası əksər alban kilsələrinin inşaat texnikasına uyğun olaraq yerli bazalt daşlar və əhəng qarışığı ilə inşa edilib. Bu abidənin uzunluğu 22,58 metr eni isə 12,60 metrdir.

Bu qədim alban məbədi də erməni saxtakarlığının qurbanı olmuşdur. 2000-ci ildə ermənilər tərəfindən abidənin həm fasadında və həm də daxilində divarlara saxta yazılar yerləşdirilmişdir. 2009-cu ildə Ermənistan hökumətinin dəstəyilə bu alban abidəsinin ilkin görüntüsü dəyişdirilmiş, divarlarındakı yazılar və oymaların bir qismi tamamilə silinmiş, bir qismi də dəyişdirilmişdir. Abidənin üzərindəki zəng qülləsi sökülərək dəmir örtüklə əvəzlənmişdir. Binanın içərisində erməni-qriqoriyan xaçlarından ibarət dekorasiyalar yerləşdirilmişdir.

2009-cu ildə «Tufenkian Foundation»un maliyyə dəstəyi ilə bu qədim alban abidəsi «Müqəddəs Minas kilsəsi» adı altında «bərpa edilmişdir».

2009-cu ildə Ermənistan hökumətinin göstərişi ilə bu «kilsənin» rəsmi açılışı keçirilmiş və bu qədim alban abidəsinə qeyri-qanuni olaraq erməni Qriqoryan kilsəsi statusu verilmişdir.