Zərdabda “Məişət zorakılğının qarşısının alınması və onunla mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 08.06.2021 / 15:38

İyunun 8-də Zərdab rayon Mədəniyyət Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Məişət zorakılğının qarşısının alınması və onunla mübarizə” adlı  tədbir keçirilib.

Xüsusi karantin rejimi qaydalarına əməl etməklə keçirilmiş tədbirdə Zərdab rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı qeyd edilib ki, ölkəmizdə məişət zorakılğı hallarının mövcudluğu hüquqi müstəvidə bu hallarla mübarizəni gündəmə gətirir. Bildirilib ki, məişət zorakılığı və ya ailədə zorakılıq halları yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılğı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Həmçinin çıxışlar zamanı ailədaxili ünsiyyətin və münasibətin əhəmiyyəti, ailədaxili münasibətlərin tənzimlənməsi, zorakılğın növləri, zorakılıqdan qorunması yolları və s. barədə ətraflı fikir mübadiləsi və müzakirələr aparılıb.


Son baxılan xəbərlər

Goranboyda Dövlət Komitəsinin sifarişi ilə nəşr olunan kitabların təqdimatı keçirilib

Xəbərlər
11.08.2021 / 15:50
Ətraflı oxu

Hacıqabul rayonunda “Şəhadət”sənədli filmi nümayiş etdirilib

Press-relizlər
07.04.2018 / 12:13
Ətraflı oxu

“Dini fanatizmin və ekstremizmin mahiyyəti və təhlükələri" mövzusu müzakirə edilib

Xəbərlər
09.07.2021 / 13:18
Ətraflı oxu

Paytaxt məktəblərində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
22.05.2019 / 16:43
Ətraflı oxu

Zərdabda dini icma sədrləri və din xadimləri ilə görüş keçirilib

Press-relizlər
20.07.2018 / 09:39
Ətraflı oxu

Quba bölgəsində 31 mart soyqırımına həsr olunmuş vebinar keçirilib

Press-relizlər
30.03.2021 / 15:25
Ətraflı oxu