Balakəndə "Vətənpərvərlik nümunəsi: Qazilik və Şəhidlik” adlı onlayn seminar keçirilib

Press-relizlər / 06.04.2021 / 17:35

Aprelin 6-da Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Balakən rayonunda  “Vətənpərvərlik nümunəsi: Qazilik və Şəhidlik” adlı onlayn seminar keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev və əməkdaşları, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, Balakən rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Şahin Qarakişiyev,  rayon Mərkəzi Kitabxana Sisteminin müdiri Məryəm Tağıyeva, şəhid ailələri, qazilər, dini icma sədrləri, din xadimləri və gənclər iştirak ediblər. Tədbir Vətənimizin suverenliyi, bütövlüyü və azadlığı uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Çıxışlar zamanı keçirilən belə tədbirlərin gənclərimizə Vətənə sevgi hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması baxımından əhəmiyyətli rola malik olduğu qeyd edilib. Bildirilib ki, dövlətimizin rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə qarşı xüsusi diqqət göstərilir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərmanın imzalanması bu qayğının bariz nümunəsidir. Daha sonra şəhid ailəsi üzvləri, qazilər vətən sevgisindən, döyüşlərdə göstərilən şücaətlərdən danışıb, Vətənimiz uğrunda vuruşmuş bütün qəhrəmanlarımızla qürur duyduqlarını bildiriblər.

 


Son baxılan xəbərlər

Hacıqabulda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
30.04.2018 / 15:47
Ətraflı oxu

Azərbaycanın tolerantlıq və multikulturalizm modeli müzakirə olunub

Press-relizlər
26.11.2019 / 14:39
Ətraflı oxu

Dinlərarası harmoniyanın Azərbaycan modeli

Xəbərlər
17.05.2019 / 10:26
Ətraflı oxu

“Belə hesabatlara etibar etmək olmaz”

Açıqlama
01.08.2014 / 10:13
Ətraflı oxu

İlham Əliyevdən zəngin milli-mənəvi dəyərlərin və mütərəqqi tarixi ənənələrin qorunmasına böyük töhfə

Xəbərlər
07.11.2017 / 18:00
Ətraflı oxu

Qaradağda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
06.03.2019 / 17:16
Ətraflı oxu