Mingəçevirdə “Vətənpərvərlik nümunəsi: qazilər və şəhidlər” mövzusunda videokonfrans keçirilib

Press-relizlər / 06.04.2021 / 15:54

Aprelin 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində “Vətənpərvərlik nümunəsi: qazilər və şəhidlər” mövzusunda videokonfrans keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, Mingəçevir şəhərinin din xadimləri, QHT nümayəndələri, qazilər və şəhid ailələrinin üzvləri iştirak ediblər. Videokonfransda Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Əlisa Fərəcov, Mingəçevir şəhəri “Heydər” məscidinin imam müavini, ilahiyyatçı Müşfiq Nəcəfov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əbülfət Ədilov, şəhid ailələrinin üzvləri və başqaları çıxış edərək, 44 gün davam edən müharibənin qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildiyini vurğulayıblar. Qeyd olunub ki, savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir. Eyni zamanda, natiqlər dövlətimizin şəhid ailələrinə və qazilərimizə diqqət və qayğısından da danışıblar.

 

 


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Din adından istifadə edən radikal qruplar İslama böyük ziyan vururlar"

Müsahibələr
11.01.2019 / 17:39
Ətraflı oxu

Qubada “Sülh aylığı”na həsr edilmiş tədbir keçirilib

Press-relizlər
05.09.2019 / 17:00
Ətraflı oxu

Göyçayda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
29.10.2018 / 16:50
Ətraflı oxu

Səyyad Salahlı: “Heydər Əliyevin dövlət-din münasibətlərinin inkişafında müstəsna xidmətləri olub”

Press-relizlər
19.12.2019 / 12:38
Ətraflı oxu

DQİDK sədrinin məqaləsi nüfuzlu almandilli xəbər portalında nəşr olunub

Press-relizlər
20.04.2021 / 17:24
Ətraflı oxu

Şəkidə tədbir keçirilib

Press-relizlər
22.02.2019 / 16:11
Ətraflı oxu