“Gənclərə vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin aşılanması” mövzusunda onlayn tədbir keçirilib

Press-relizlər / 19.02.2021 / 14:31

Fevralın 19-da Şəki Şəhər İcra Hakimiyyəti, Şəki Şəhər Gənclər və İdman İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Gənclərə vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin aşılanması” mövzusunda onlayn tədbir keçirilib. 

Tədbirdə Şəki Şəhər İcra hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sadiq Yusifov, DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin müdiri Taleh Abdullayev, Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov və gənclər iştirak ediblər. 

Tədbirdə çıxış edənlər Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı qələbədən, Azərbaycan əsgərinin ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsindən danışıblar. Çıxışlarda gənc nəslin milli-mənəvi ruhda tərbiyə olunması, onlara vətənpərvərlik hisslərinin daha dərindən aşılanmasının hər birimizin borcu olduğu qeyd edilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Lənkəranda “İslam Həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.03.2017 / 15:55
Ətraflı oxu

Xocalı soyqırımı Azərbaycanın tarixinə ən dəhşətli və qanlı səhifələrdən biri kimi daxil olub

Xəbərlər
26.02.2020 / 11:20
Ətraflı oxu

Beyləqanda tədbir keçirilib

Press-relizlər
20.02.2019 / 16:04
Ətraflı oxu

Zaqatalada seminar-müşavirə keçirilib

Press-relizlər
01.07.2017 / 11:10
Ətraflı oxu

Xaçmaz rayonu Qobuqırağı kənd məscidində “Şəhadət” filmi nümayiş etdirilib

Press-relizlər
26.01.2018 / 17:14
Ətraflı oxu

Bərdədə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
30.11.2018 / 15:27
Ətraflı oxu