Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə onlayn konfrans keçirilib

Press-relizlər / 13.01.2021 / 17:11

Yanvarın 13-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş videokonfrans keçirilib.  

Videokonfransda DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Qazı Qəni Axundzadə və Lənkəranda fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər.

Əvvəlcə Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

Çıxışlar zamanı koronavirus pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qaydalarına əməl edilməsinin vacibliyi vurğulanıb.

2020-ci ilin xalqımızın tarixində Qələbə ili kimi qaldığı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun düşmən üzərində qələbə qazanaraq tarixi torpaqlarımızın geri alındığı iftixarla qeyd edilib. 44 günlük Vətən müharibəsində qəhrəmancasına canından keçən Şəhidlərimizin dəfn mərasimlərində din xadimlərinin fəal şəkildə iştirak etdikləri diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Aİİ-də Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

Press-relizlər
11.10.2018 / 17:21
Ətraflı oxu

Lənkəranda “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
10.10.2018 / 15:25
Ətraflı oxu

Prezident İlham Əliyev: "Tarixi, dini abidələrimizin bərpası ilə bağlı konkret proqram işlənilir"

Xəbərlər
27.01.2021 / 15:58
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ-dan olan jurnalistlə görüşüb

Press-relizlər
25.09.2019 / 17:05
Ətraflı oxu

Yas mərasimlərində israfçılığın başlıca səbəblərindən biri İslamın vacib şərtlərini kifayət qədər bilməməyimizdir

Xəbərlər
11.07.2016 / 12:46
Ətraflı oxu

Bəşəri dəyərlər naminə

Xəbərlər
21.08.2015 / 09:05
Ətraflı oxu