Dövlət Komitəsinin əməkdaşının məqaləsi xarici mətbuatda işıqlandırılıb

Xəbərlər / 30.12.2020 / 14:12

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin baş məsləhətçisi Gunel Yusifinin “Preservación de los monumentos histórico-religiosos en Azerbaiyán” (“Azərbaycanda tarixi-dini abidələrin mühafizəsi”) adlı məqaləsi İspaniya mətbuatında -  www.patrimonioactual.com portalında dərc edilib.

Məqalədə ölkəmizdə mövcud olan tolerant və multikultural ənənələrdən bəhs edilib, dinə dövlət qayğısı barədə məlumatlara geniş yer verilib.

Qeyd olunub ki, əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir və bu, bizim böyük sərvətimizdir. Dövlət tərəfindən tikilən və bərpa edilən İslam, eləcə də digər din mənsublarına məxsus dini abidələrdən söz açılan məqalədə həmçinin, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı qətiyyətli siyasət nəticəsində ordumuzun hərbi qələbələri ilə erməni işğalından azad edilən ərazilərimizdə ermənilər tərəfindən dağıdılan, tövlə kimi istifadə edilməklə təhqir olunan məscidlərimizdən bəhs edilib. Bildirilib ki, Alban xristian memarlığını özündə əks etdirən IV-XVI əsrlərə aid Alban kilsələri - Laçın rayonu ərazisində yerləşən Ağoğlan monastrı, Kəlbəcər rayonunda Xudavəng monastrı, Xocavənd rayonunda Amaras monastrı, Ağdərə rayonunda Müqəddəs Yelisey məbəd kompleksi və Gəncəsər monastrı kimi əsir abidələrimiz artıq yenidən əmin əllərdədir.

 

Məqalə ilə daha ətraflı aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:

 

https://patrimonioactual.com/page/preservacion-de-los-monumentos-historico-religiosos-en-azerbaiyan/?fbclid=IwAR0E5q4B85PPQFibtY7FYSZ5LUW8VbGcUClTTBVcEFFHliYV-O34F6CvXE4

Son baxılan xəbərlər

İlham Əliyevin mükəmməl “multikulturalizm və tolerantlıq modeli”

Xəbərlər
01.11.2018 / 10:05
Ətraflı oxu

Azərbaycandakı dövlət-din münasibətləri nümunəvidir

Press-relizlər
11.01.2018 / 16:24
Ətraflı oxu

Prezident İlham Əliyev: "Tarixi, dini abidələrimizin bərpası ilə bağlı konkret proqram işlənilir"

Xəbərlər
27.01.2021 / 15:58
Ətraflı oxu

Mübariz Qurbanlı: "Azərbaycanda dini istismar etmək cəhdlərinin qarşısı alınır və alınacaq"

Müsahibələr
02.03.2020 / 14:14
Ətraflı oxu

Qubada keçirilən mədəniyyət festivalında ahıska türklərinin adət-ənənələri nümayiş etdirilib

Multikulturalizm
14.11.2016 / 16:24
Ətraflı oxu

Qubada “Vətən sevgisi imandandır” mövzusunda dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
12.07.2018 / 09:35
Ətraflı oxu