Dövlət Komitəsinin şöbə müdirinin məqaləsi Ukrayna mətbuatında dərc edilib

Xəbərlər / 11.09.2020 / 10:40

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyevin Ukraynanın “kyivdiplomatic.com/ua” portalında “Azərbaycan - Müsəlman Şərqinin dünyəvi mərkəzidir” adlı məqaləsi ukrayn dilində - "Світський Вузол Мусульманського Сходу” — Азербайджан" dərc edilib.

Ölkəmizin nümunəvi tolerant və birgəyaşayış mühiti, dinə dövlət qayğısı barədə məlumatların geniş yer verildiyi məqalədə qeyd olunur ki, əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir.

Müəllif, eyni zamanda ermənilər tərəfindən işğal edilən torpaqlarımızda dini abidələrimizin dağıdılaraq tanınmaz vəziyyətə salınmasından bəhs edib.

Məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://kyivdiplomatic.com/ua/news/831

 


Son baxılan xəbərlər

Ağstafada maarifləndirici tədbir keçirilib

Press-relizlər
20.12.2019 / 10:34
Ətraflı oxu

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına ...

Xəbərlər
09.10.2018 / 14:23
Ətraflı oxu

Vətəndaşlara "Elektron hökumət" portalının imkanları barədə məlumat verilib

Xəbərlər
22.11.2018 / 15:59
Ətraflı oxu

“N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
23.01.2020 / 17:47
Ətraflı oxu

Azərbaycanın tolerantlıq və multikulturalizm modeli müzakirə olunub

Press-relizlər
26.11.2019 / 14:39
Ətraflı oxu

Cəlilabaddakı “N” saylı hərbi hissədə “Vətən sərhəddən başlayır, sərhədlərimiz milli dəyərimizdir” mövzusunda tədbir ...

Press-relizlər
07.02.2019 / 17:04
Ətraflı oxu