“Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğ edilməsi” mövzusunda onlayn tədbir keçirilib

Press-relizlər / 11.09.2020 / 10:15

Sentyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsi, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Cəlilabad Regional Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Gənclər arasında milli-dini dözümlülük, sülhsevərlik və humanizm dəyərlərinin təbliğ edilməsi” mövzusunda onlayn tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və şöbənin əməkdaşları, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə və idarənin əməkdaşları, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi  Qəni Axundzadə və gənclər iştirak ediblər.

Çıxış edənlər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2.1.3-cü bəndinə müvafiq olaraq region gəncləri arasında humanizm və sülhsevərlik dəyərlərinin təbliği istiqamətində müsbət addımların atıldığını qeyd edərək, tədbirin Dövlət Proqramının icrası istiqamətində keçirildiyini diqqətə çatdırıblar.

Vurğulanıb ki, ölkəmizdə yaşayan müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələri arasında tarixən həmrəylik, sülh və vəhdət hökm sürüb. Xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemində humanizm və sülhsevərlik əsas yer tutur.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Qobustanda “Şəhadət” filmi nümayiş olunub

Press-relizlər
24.10.2017 / 16:28
Ətraflı oxu

Astarada məktəblilərin radikal dini düşüncələrdən qorunması mövzusu müzakirə olunub

Press-relizlər
04.05.2017 / 17:54
Ətraflı oxu

Dövlət Komitəsi: İraqdakı Azərbaycan vətəndaşlarının qaytarılması istiqamətində işlər davam etdirilir

Açıqlama
30.11.2017 / 17:32
Ətraflı oxu

Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini dünya ölkələri ilə bölüşmək niyyəti yüksək qiymətləndirilib

Press-relizlər
22.11.2018 / 09:38
Ətraflı oxu

Xocalı faciəsindən 26 il ötür

Press-relizlər
26.02.2018 / 18:00
Ətraflı oxu

Dini radikalizmə qarşı mübarizəyə həsr edilmiş tədbir keçirilib

Press-relizlər
29.05.2018 / 15:00
Ətraflı oxu