Astarada maarifləndirici tədbir keçirilib

Press-relizlər / 05.12.2019 / 17:45

Dekabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Astara rayonunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Turan Həsənzadə, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli və din xadimləri iştirak edib.

Çıxışlar zamanı ölkəmizdə mövcud olan dövlət-din münasibətlərinin nümunəviliyindən, tolerant və multikultural dəyərlərdən bəhs edilib. Vurğulanıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətləri sağlam prinsiplərə söykənir. Din xadimlərinin bu prinsiplər əsasında fəaliyyət göstərmələri, habelə gənclər arasında mənəvi dəyərlərimizin təbliğ edilməsi məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyəti qeyd edilib. Sosial şəbəkələrdə milli maraqların müdafiəsində din xadimlərinin üzərinə mühüm vəzifələr düşdüyü diqqətə çatdırılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Qaradağda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
15.05.2019 / 09:54
Ətraflı oxu

Şuşanın işğalından 21 il ötür...

Xəbərlər
08.05.2013 / 10:17
Ətraflı oxu

Balakən rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
28.06.2019 / 10:34
Ətraflı oxu

Multikulturalizm azərbaycançılıq məfkurəsinin tərkib hissəsi kimi

Multikulturalizm
27.02.2016 / 10:23
Ətraflı oxu

Jan-Pyer Allali: Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət şəraitində yaşayır

Multikulturalizm
31.03.2017 / 10:15
Ətraflı oxu

Mübariz Qurbanlı: “Nardaranda polisə qarşı silah işlədilməsi terror əməli kimi dəyərləndirilir”

Açıqlama
30.11.2015 / 19:18
Ətraflı oxu