
Press-relizlər / 08.11.2019 / 09:55
Noyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Qafqaz Müsəlmanlar İdarəsinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı Günü ilə əlaqədar Sumqayıt şəhərində tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Yalçın Abdullayev, QMİ-nin bölgə üzrə qazisi Rauf Sərdarov, dini icma sədrləri və din xadimləri iştirak edib.
Çıxışlar zamanı bildirilib ki, Şərqdə ilk demokratik respublika - Azərbaycan Demokratik Respublikasının bayrağı olan üçrəngli bayraq, 1991-ci ildə yenidən müstəqilliyimizi əldə etdikdən sonra Azərbaycan Respublikasının dövlət bayrağı kimi öz təsdiqini tapıb. Üçrəngli, ay-uduzlu bayrağımızın uca tutulmasının və daim zirvələrdə olmasının hər bir azərbaycanlının müqəddəs arzusu olduğu qeyd olunub, bayrağımızın tezliklə işğal altında olan ərazilərimizdə dalğalanacağı və bu günün çox da uzaqda olmadığı vurğulanıb.