Qubada “Bayraq mənliyimdir, bayraq kimliyim” mövzusunda tədbir keçirilib

Press-relizlər / 06.11.2019 / 16:02

Noyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi (DQİDK) Quba Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba, Qusar və Xaçmaz rayonları üzrə qazılığının  təşkilatçılığı ilə “Bayraq mənliyimdir, bayraq kimliyim” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, QMİ-nin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov, region dindarları və dini icma üzvləri iştirak ediblər.

Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Çıxışlar zamanı bildirilib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə edib. Bu, ilk dəfə 1918-ci ildə müsəlman dünyasında ilk demokratik dövlətin qurulması ilə mümkün olub. Üç rəngli bayrağımız ilk dəfə həmin dövlətin bayrağı olaraq dalğalanıb. Bu bayraq 1990-cı ildə Sovet İttifaqının süqutu ərəfəsində  Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Muxtar Respublikanın bayrağı kimi təsdiq edilib, 1991-ci ildə isə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı kimi öz təsdiqini tapıb. Qeyd edilib ki, dövlət bayrağımız hər bir azərbaycanlı üçün kimlik və birlik simvoludur.


Son baxılan xəbərlər

Göygöldə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib

Press-relizlər
29.06.2016 / 17:39
Ətraflı oxu

Əliheydər Zülfüqarov: "“Fatimeyi-Zəhra” məscidi sökülməyəcək, əksinə orada icma yaradılacaq"

Açıqlama
06.02.2017 / 17:03
Ətraflı oxu

Bərdədə “Gənclərimiz və İslam həmrəyliyi” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
07.02.2018 / 15:50
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
05.12.2019 / 16:55
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycanın təqdim etdiyi tolerantlıq nümunəsi dünyada münaqişələrin aradan qaldırılmasına xidmət edir”

Xəbərlər
24.02.2020 / 10:08
Ətraflı oxu

Bölgələrdə Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirilib

Press-relizlər
25.02.2020 / 14:01
Ətraflı oxu