Şəmkirdə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər / 11.09.2019 / 17:06

Sentyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib.

Şəmkir şəhər Heydər Əliyev Mərkəzində keçirilən seminar-müşavirədə DQİDK-nın sədr müavini Səyavuş Heydərov, Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Şəmkir, Tovuz, Qazax, Ağstafa və Gədəbəy rayonlarının icra və hüquq-mühafizə orqanlarının səlahiyyətli nümayəndələri, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər şəxsləri iştirak ediblər.

Tədbirin əvvəlində DQİDK-nın tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi əsasında çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” adlı sənədli film nümayiş olunub.

Seminar - müşavirədə din sahəsində mövcud olan problemlər, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxışında ölkəmizdə formalaşan nümunəvi dövlət-din münasibətlərinin, dini sahədə sabitliyə nail olunmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini qeyd edən RİH başçısı ölkəmizdə dini etiqad azadlığının təmin olunması üçün davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Milli-mənəvi dəyərlərin təbliği, tolerant və multikultural prinsiplərinin təşviqi, dini maarifçilik işinin aparılması, dini radikalizmlə mübarizə sahəsində görülən işlərin önəminə toxunan A.Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.

Tədbirdə çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda keçirilən seminar-müşavirə maarifləndirici xarakterli olmaqla, respublikamızın bütün bölgələrində təşkil olunur. Seminar-müşavirənin keçirilməsində məqsəd dünyadakı beynəlxalq təhlükəsizlik üçün ciddi təhdidə çevrilmiş dini radikalizm, eksterimizm, terrorizmin mahiyyəti və yaranma səbəbləri, həmçinin ona qarşı həyata keçirilmiş mübarizənin hüquqi əsasları haqqında məlumat verməkdir.

Qeyd edilib ki, müasir dünyada aparıcı güc mərkəzləri özlərinin geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək üçün din, etiqad azadlığı və insan hüquqları anlayışından geniş istifadə edirlər. Beləliklə, din özünün əsas missiyasından uzaqlaşdırılaraq daha təhlükəli anlayışa çevrilir. Onun sözlərinə görə, dünyada cərəyan edən xoşagəlməz proseslərə baxmayaraq, ölkəmizdə ənənəvi dinlərin inkişafı üçün yaradılmış münbit şərait bu sahənin inkişafını şərtləndirir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə tolerantlığın, multikulturalizmin, birgəyaşayışın nümunəvi formatı formalaşıb. Məhz, bu anlayışların inkişafı dünyada sülhün və əmin-amanlığın qorunması üçün vacib şərtlərdəndir.

Səyavuş Heydərov Aşura mərasimləri ərəfəsində bölgələrdə keçirilmiş qanvermə aksiyalarını unikal nümunə kimi dəyərləndirib. Vurğulanıb ki, məhz bu cür təşəbbüslər İslam dininin ümumi fəlsəfəsini, onun humanist prinsiplərini əks etdirən ənənəyə çevrilib. Həmçinin bölgələrdə vəhdət namazlarının qılınmasının da İslam dinində birliyin yaradılması, məzhəbçiliyin aradan qaldırılması baxımından müsbət təşəbbüs və ənənə kimi dəyərləndirilib. Prezident İlham Əliyevin 2016-cı ilin “Multikulturalizm ili”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” kimi elan olunması Azərbaycanın bütün dünyada sülhə və sabitliyə vermiş olduğu töhfə kimi qiymətləndirilib.

Qeyd olunub ki, Azərbaycanın əldə etdiyi bütün nailiyyətlər ermənipərəst dairələr tərəfindən ölkəmizə qarşı həm siyasi, həm də dini - ideoloji təhdidlərlə müşayiət olunur.

Əsl dinin cəmiyyətin bütün sahələrində qəbul edildiyini deyən Səyavuş Heydərov bildirib ki, məhz İslam dini əsrlərlə Azərbaycan xalqının ümumi keyfiyyətlərini, əxlaqını formalaşdıran, hər bir fərdi şəxsiyyətə çevirən əsas mənəviyyat mənbəyi olub.

Seminar-müşavirədə Daxili İşlər nazirliyinin nümayəndəsi Oktay Tağıyev və Baş Prokurorluğun nümayəndəsi Bəhruz Kərimov dövlət-din münasibətlərinin tənzimlənməsində mövcud qanunvericiliyin tələbləri, hüquq mühafizə orqanları əməkdaşlarının vəzifələri, həmçinin ölkəmizdə dini radikalizmin, eksterimizmin və terrorizmin qarşısının alınmasında həyata keçirilmiş işlər haqqında məlumat veriblər.

Sonda seminar-müşavirə iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Mehman İsmayılov: “Din xadimlərinə maddi dəstək veriləcək”

Açıqlama
04.05.2018 / 12:01
Ətraflı oxu

Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul ...

Xəbərlər
04.12.2018 / 15:23
Ətraflı oxu

Komitə sədri Mübariz Qurbanlı Vaşinqtonda bir sıra görüşlər keçirib

Press-relizlər
18.07.2019 / 15:43
Ətraflı oxu

Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib

Xəbərlər
13.07.2018 / 14:20
Ətraflı oxu

Prezident İlham Əliyev BP-nin Direktorlar Şurasının sədrini qəbul edib

Xəbərlər
09.09.2019 / 10:14
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
05.09.2018 / 16:38
Ətraflı oxu