Bölgələrdə “Sülh aylığı” çərçivəsində tədbirlər keçirilib

Press-relizlər / 09.09.2019 / 15:48

Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Zərdab Rayon Gənclər və İdman İdarəsi, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə  “Sülh aylığı” çərçivəsində “Vicdan və dini etiqad azadlığının təmin olunmasında dini qurumların rolu” adlı tədbir keçirilib.

Tədbirdə Zərdab rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Ələkbər Kərimov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin müdiri Ləman Səfərəliyeva, aktiv fəaliyyəti ilə seçilən gənclər və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, Azərbaycan dövləti ölkəmizdə sülh və sabitliyin qorunmasında lazım olan bütün zəruri işləri görür və tədbirlər həyata keçirir. “Sülh aylığı” çərçivəsində  ölkəmizdə uğurla həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının layiqincə qorunmasına xidmət edir. Çıxışlar zamanı, həmçinin ölkəmizdə bütün rəsmi dini qurumların sülh və sabitliyin qorunmasında, vicdan və dini etiqad azadlığının təmin olunmasında layiqli şəkildə, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi vurğulanıb.

Sonda tədbirin mövzusu ilə bağlı diskussiya təşkil olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

***

“Sülh aylığı” çərçivəsində daha bir tədbir Hacıqabul rayonu 8 saylı tam orta məktəbdə keçirilib. Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kənan Quliyev,  məktəbin direktoru Xuraman Talıbova və müəllimlər iştirak ediblər. Çıxış edən natiqlər ölkəmizdə vicdan azadlığının təmin olunmasına dair qanunvericilikdən və dini qurumların bu sahədə fəaliyyətindən danışıblar.


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
01.05.2019 / 16:14
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini Sumqayıtda vətəndaşları qəbul edib

Xəbərlər
16.01.2020 / 15:25
Ətraflı oxu

Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib

Press-relizlər
22.08.2019 / 15:44
Ətraflı oxu

Binəqədidə “Dövlət qulluğu nədir?" mövzusunda təlim keçirilib

Press-relizlər
09.10.2018 / 15:26
Ətraflı oxu

Ulu Öndər Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir

Xəbərlər
10.05.2018 / 09:45
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu