Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər / 09.09.2019 / 16:04

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov sentyabrın 9-da Denomniasiyalararası Xristian təşkilatının və Xristian Baytarlıq Missiyasının  nümayəndə və könüllüləri ilə görüşüb.

Qonaqları salamlayan sədr müavini ölkəmizdəki dini durum barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlərboyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı ölkə kimi tanınır. Respublikamızda İslam və qeyri-islam dini icmalara fəaliyyətlərinin genişləndirilməsi, vicdan azadlığının təmin edilməsi məqsədilə dövlət tərəfindən mütəmadi olaraq qayğı göstərilir, maliyyə yardımı ayrılır.

O, eyni zamanda dünyada etnik və dini zəmində münaqişələrə bilərəkdən rəvac verildiyi, dini radikalizm və ekstremizm meyillərinin gücləndiyi bir dövrdə sülhə və sabitliyə nail olunmasında tolerantlıq prinsiplərinin təşviq edilməsinin əhəmiyyətinə toxunub. S.Heydərov Azərbaycan xalqının tarixən formalaşmış tolerantlıq ənənələrinin və multikultural dəyərlərinin öyrənilməsinə, təşviq edilməsinə böyük ehtiyac olduğunu bildirib.

Denomniasiyalararası Xristian təşkilatının və Xristian Baytarlıq Missiyasının  nümayəndəsi David Volfqanq Azərbaycanın multikulturalizm modelinin mükəmməl olduğunu qeyd edib və respublikada multikulturalizm və sivilizasiyalararası dialoq ideyasının təşviqi istiqamətində görülən işləri yüksək qiymətləndirib.


Son baxılan xəbərlər

Səyyad Salahlı: “Minbər tribunadır, onu kənar adamlara vermək olmaz!”

Press-relizlər
06.09.2019 / 14:30
Ətraflı oxu

İxtiyar Hüseynli: İlham Əliyevin “İslam həmrəyliyi” təşəbbüsü qlobal dəstək qazanır

İSLAM HƏMRƏYLİYİ İLİ
12.09.2017 / 12:31
Ətraflı oxu

Sabirabadda dini icmalarla birgə tədbir keçirilib

Press-relizlər
07.02.2019 / 14:35
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşı Ümumrusiya Millətlərarası Gənclər Forumunda iştirak edib

Xəbərlər
25.10.2018 / 10:40
Ətraflı oxu

Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

Xəbərlər
25.12.2018 / 14:21
Ətraflı oxu

Zaqatalada “Müasir cəmiyyət və dini radikalizm” adlı tədbir keçirilib

Press-relizlər
26.01.2017 / 09:59
Ətraflı oxu