Bərdədə yerləşən N saylı hərbi hissədə “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda tədbir keçirilib

Xəbərlər / 06.09.2019 / 14:03

        Sentyabrın 6-sı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Daxili Qoşunların Bərdə rayonunda yerləşən N saylı hərbi hissəsində “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları, hərbi qulluqçular və şəxsi heyət iştirak ediblər.

       Tədbiri giriş sözü ilə açan  hərbi hissə komandiri Zəfər Əliyev  qonaqları salamlayaraq DQİDK-nın hərbi hissələrdə vətənpərvərlik mövzusunda təşkil etdiyi maarifləndirmə tədbirlərini yüksək qiymətləndirib. Zəfər Əliyev müstəqilliyə gedən yolda çoxlu sayda şəhid və qazilərimizin olduğunu və şəhidlik mərtəbəsinin İslam dinində ən ali mərtəbə olduğunu qeyd edib. Hərbi hissə komandiri Azərbaycan əsgərinin gücündən, Vətəninə, xalqına, üç rəngli bayrağına olan sevgisindən danışıb, hər zaman döyüş əzmində olduqlarını və Ali Baş Komandanın irəli əmrini gözlədiklərini bildirib.

        Ardınca çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev hər bir xalqın gələcəyə olan ümidlərinin gənclər olduğunu və buna görə də gənclərin vətənpərvər ruhda yetişdirilməsinin ölkə üçün vacibliyini bildirib. Natiq Əfəndiyev vətənpərvərliyin insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaratdığını, aparılan mübarizədə inam hissini gücləndirdiyini vurğulayıb. Natiq Əfəndiyev çıxışında dini radikalizm məsələsinə toxunaraq qeyd edib ki, dini radikalizmin yaranmasının əsas səbəbi dini məsələlərə siyasi don geyindirilməsi və dini bilikləri az olan insanlara təsir etməklə onların öz milli-mənəvi dəyərlərindən uzaqlaşdırılmasıdır. Şöbə müdiri hər bir şəxsin sərbəst şəkildə ibadət etmək, dini ayinləri icra etmək hüquqlarının olduğunu, ancaq bu hüquqlardan sui-istifadəyə qanunla yol verilmədiyini vurğulayaraq gəncləri radikal dini təsirlərdən uzaq durmağa səsləyib.

            Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fərid Vaqifli Azərbaycan xalqının tarix boyu başına gətirilən müsibətlərdən danışaraq, müstəqilliyə gedən yolda ağır itkilər verdiyimizi, ancaq heç zaman mübarizə ruhumuzu itirmədiyimizi diqqətə çatdırıb.

       Sonda əsgərlərin təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərovun Moderator.az saytına müsahibəsi

Müsahibələr
11.11.2016 / 17:11
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib

Press-relizlər
23.10.2018 / 17:45
Ətraflı oxu

Mübariz Qurbanlı: Dini radikalları çökdürəcəyik

Müsahibələr
13.03.2015 / 12:27
Ətraflı oxu

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbirlər keçirilib

Press-relizlər
11.11.2015 / 16:55
Ətraflı oxu

Xətai rayonu 257 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə ...

Press-relizlər
23.05.2018 / 15:33
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
16.02.2018 / 16:15
Ətraflı oxu