Sabirabadda "Sülh aylığı" çərçivəsində tədbir keçirilib

Press-relizlər / 02.09.2019 / 14:11

Sentyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçlığı ilə “Sülh aylığı” çərçivəsində “Ümumbəşəri dəyərlər sistemində insan hüquq və azadlıqlarının yeri”  mövzusunda  tədbir  keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Sabirabad Regional Mədəniyyət İdarəsinin əməkdaşı Telman Əzimov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov, mədəniyyət işçiləri, gənclər və ictimaiyyət nümayəndələri  iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına əsasən respublikamızda hər il 21 sentyabr - “Beynəlxalq Sülh Günü” ərəfəsində İnsan Hüquqları Üzrə Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 21 avqust-21 sentyabr tarixlərində “Sülh aylığı”nın elan edildiyi və bir çox tədbirlər təşkil edildiyi vurğulanıb. Milli-mənəvi, multikultural və tolerant dəyərlərin qorunması, eləcə də “Sülh aylığı” çərçivəsində həyata keçirilən tədbirlərin gənclərin Azərbaycançılıq, sülh və mərhəmət ruhunda tərbiyə olunması baxımından əhəmiyyətli olduğu bildirilib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Bakıda dini radikalizm və ekstremizmin təbliğində şübhəli bilinən 180 dini ədəbiyyat aşkarlanıb

Press-relizlər
05.07.2019 / 17:06
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb

Press-relizlər
15.02.2019 / 16:32
Ətraflı oxu

Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırdı

Xəbərlər
18.10.2019 / 14:38
Ətraflı oxu

Qubada “Bayraq mənliyimdir, bayraq kimliyim” mövzusunda tədbir keçirilib

Press-relizlər
06.11.2019 / 16:02
Ətraflı oxu

Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib

Xəbərlər
03.01.2019 / 11:00
Ətraflı oxu

Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib

Xəbərlər
16.11.2018 / 17:00
Ətraflı oxu