Balakən rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 28.06.2019 / 10:34

İyun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyətinin (RİH) və Balakən rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə Balakən rayon Mərkəzi Kitabxanasında “Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşları Elməddin Atakişiyev və Ruslan Əfəndiyev, Balakən rayon Mərkəzi Kitabxanasının əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.                           

Tədbiri giriş sözü ilə açan rayon Mərkəzi Kitabxanasının əməkdaşı Mehriban Cuxova keçirilən maarifləndirmə tədbirinin əhəmiyyəti barədə danışıb. O, qeyd edib ki, bu gün ölkəmizdə gənclərin bilik və bacarıqlarının artırılması, cəmiyyətdə layiqli yer tutması üçün hər cür şərait yaradılıb.

DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elməddin Atakişiyev dini radikalizmə qarşı aparılan mübarizədə maarifləndirmə tədbirləri çox böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Dini radikalizm, onun mahiyyəti, yaranma səbəbləri və fəsadları haqqında ətraflı məlumat verib. Natiq vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən dövlət səviyyəsində görülən işlərin uğurlu davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə verdiyi yüksək qiymət və dəstək zəngin mədəni irsimizin dünya miqyasında tanıdılmasına növbəti töhfəsidir.

Dövlət Komitəsinin əməkdaşı Ruslan Əfəndiyev öz çıxışında radikalizm və onun milli mənəvi dəyərlərimizə vurduğu zərərdən sohbət açıb. Milli-mənəvi dəyərlərin qorunmasında hər bir vətəndaşın birgə hərəkət etməli olduğunu qeyd etməklə yanaşı, vətəndaşların maarifləndirilməsinin əhəmiyyətindən də bəhs edib.

Rayon Mərkəzi Kitabxanasının əməkdaşı Gülarə Muradova xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərlərimiz haqqında məlumat verərək, bu dəyərlərimizin qorunub saxlanılmasının hər birimizin borcu olduğunu qeyd edib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Ravvin Abraham Kuper Azərbaycanda tolerantlıq ənənələri haqda məqalə yazıb

Multikulturalizm
11.01.2017 / 16:33
Ətraflı oxu

Gənclər dini radikalizmə “yox” deyir!

Press-relizlər
11.02.2020 / 17:21
Ətraflı oxu

Komitə sədri Mübariz Qurbanlı Vaşinqtonda bir sıra görüşlər keçirib

Press-relizlər
18.07.2019 / 15:43
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
26.12.2019 / 16:50
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb

Press-relizlər
15.02.2019 / 16:32
Ətraflı oxu

“İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı ərəb dilində çap edilib

Kitablar
27.10.2017 / 15:47
Ətraflı oxu