Qaradağda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 15.05.2019 / 09:54

Mayın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı Şəhər Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu Lökbatan qəsəbəsi 233 saylı tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimizin təbliğində İslamın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Yusif  Nəsibov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini vəzifəsini icra edən Qınyazlı Sadiq, şöbə əməkdaşı Vasif Musayev, məktəbin direktoru Gülər Bəbirova  106,139, 166, 180, 184, 197, 288, 222, 224, 228, 253, 273, 294   və  319 saylı orta məktəblərin tərbiyə işləri üzrə direktor müavinləri, valideyn və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan direktor Gülər Bəbirova Lökbatan qəsəbəsində yerləşən ümumtəhsil müəssisələrində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən maarifləndirici tədbirlərin zəruriliyini qeyd edib.

Daha sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndəsi Y.Nəsibov xalqımızın mənəvi dünyasını zənginləşdirən, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamağın hər bir kəsin üzərinə düşən vəzifə olduğunu bildirib.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini vəzifəsini icra edən Sadiq Qinyazlı öz çıxışında Lökbatan qəsəbəsində gəncləri öz təsir qüvvəsi altına salmağa cəhd edən, milli-mənəvi dəyərlərimizə zərbə vurmağa çalışan radikal qeyri-ənənəvi dini cərəyanlarla mübarizədə təhsilin, maarifçiliyin əhəmiyyətini və təhsilli, bilikli insana yad ünsürlərin aşılanmasının mümkünsüzlüyünü vurğulayıb.

Tədbirdə çıxış edən Vasif Musayev Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əhəmiyyətini vurğulamaqla yanaşı, gənclərin İslam dininin tövsiyələrindən istifadə edərək milli-mənəvi dəyərlərimizi uca tutmalı olduğunu həqiqi islamı rəsmi din xadimlərindən öyrənməyi diqqətə çatdırıb.

Tədbirin sonunda ‘Şəhadət’ sənədli filmi nümayiş etdirilib.


Son baxılan xəbərlər

ABŞ-ın nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Press-relizlər
04.03.2019 / 19:10
Ətraflı oxu

Masallıda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusu müzakirə ...

Press-relizlər
14.12.2018 / 14:44
Ətraflı oxu

Mehman İsmayılov: “Mənəvi Dəyərlərin Təbliği Fondu QMİ ilə birgə yerlərdə din xadimlərinin fəaliyyətini dəyərləndirəcək”

Press-relizlər
03.05.2018 / 09:28
Ətraflı oxu

Şəkidə “İslam sülh dinidir” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.12.2016 / 16:28
Ətraflı oxu

Gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi müharibə şəraitində yaşayan ölkəmiz üçün önəmlidir

Press-relizlər
28.09.2017 / 14:40
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Özbəkistan səfiri ilə görüşüb

Xəbərlər
30.09.2020 / 13:39
Ətraflı oxu