Prezident İlham Əliyev: “Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir”

Xəbərlər / 14.03.2019 / 16:40

Multikulturalizm bizim siyasətimizin tərkib hissəsidir. Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən hesab edilir. Bunun tarixçəsi də var. Azərbaycan tarixən elə bir məkan olub ki, burada müxtəlif dinlərin və millətlərin nümayəndələri bir yerdə bir ailə kimi yaşamışlar.
Bu fikirləri Prezident İlham Əliyev VII Qlobal Bakı Forumunun açılışındakı nitqində söyləyib. 
Dövlət başçısı bildirib: "Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu tendensiya davam etdi və biz bu ideyaları qlobal müstəvidə təşviq etməyə çalışdıq. Ona görə biz bu istiqamətdə bir sıra mühüm beynəlxalq tədbirlər, konfranslar təşkil etdik. Bu tədbirlərdə əsas müzakirə mövzusu multikulturalizmin gücləndirilməsi olub. Çünki biz bu gün görürük ki, bu mövzu ilə bağlı müxtəlif baxışlar var. Bu gün Azərbaycan onu nümayiş etdirir ki, dünya yalnız multikulturalizmin təşviqi ilə irəli gedə bilər, gərginliklər azala və qarşılıqlı anlaşma gücləndirilə bilər. Biz bunun nümunəsiyik". 

Son baxılan xəbərlər

Sumqayıtda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
06.11.2018 / 15:25
Ətraflı oxu

Dövlət Komitəsi məscidin bağlanmasını YALANLADI

Açıqlama
04.04.2013 / 11:21
Ətraflı oxu

Bərdədə “İslam həmrəyliyi: ortaq dəyərlər əsasında” mövzusunda tədbir baş tutub

Press-relizlər
23.02.2018 / 16:14
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
14.03.2019 / 16:39
Ətraflı oxu

Tovuzda “Dini ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.11.2018 / 14:25
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.01.2019 / 14:29
Ətraflı oxu