Azərbaycan Prezidenti: “Müsəlman ölkələri ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır”

Xəbərlər / 14.02.2019 / 09:28

Dövlət başçısı: “İslam həmrəyliyinin güclənməsinə böyük töhfə veririk”

 

“Azərbaycan müsəlman aləminin bir parçasıdır. Müsəlman ölkələri ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Onu da bildirməliyəm ki, beynəlxalq təşkilatlarda bizi ən çox dəstəkləyən müsəlman ölkələridir”. Bu fikirləri Prezident İlham Əliyev Real TV-yə müsahibəsində bildirib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox müsbət rol oynayır və bu rol yüksək qiymətləndirilir: “Bilirsiniz, müsəlman aləmində bəzi ölkələr bir-biri ilə hələ ki, lazımi səviyyədə, yumşaq desək, əlaqələr qura bilməmişlər. Ancaq Azərbaycan bu ziddiyyətlərin azaldılmasında öz rolunu oynayır və bu rol yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri Azərbaycanın rolunu çox yüksək qiymətləndirirlər. Biz İslam həmrəyliyinin güclənməsinə böyük töhfə veririk”.

Ölkə Prezidenti onu da vurğulayıb ki, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi, sadəcə, bir idman yarışı deyildi. “Bu, bütün müsəlman ölkələrinin gənclərini, idmançılarını bir araya gətirən dostluq, həmrəylik bayramı idi. Bu Oyunların yüksək səviyyədə keçirilməsi əlbəttə ki, müsəlman aləmində bizim rolumuzu daha da gücləndirdi. Ona görə xarici siyasətimizin önəmli istiqaməti müsəlman ölkələri ilə əməkdaşlıqla bağlıdır”,-deyə dövlət başçısı əlavə edib.

 

Son baxılan xəbərlər

Rəşad Məcid: “XXI əsrdə insanların cəhalətə, xurafata yuvarlandığını görəndə heyrət edirəm”

Müsahibələr
28.02.2020 / 17:33
Ətraflı oxu

Xızıda “Narkomaniyanın fərdi və ictimai təhlükələri” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.02.2020 / 16:14
Ətraflı oxu

Bakıda “Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirilib

Press-relizlər
19.04.2018 / 17:17
Ətraflı oxu

Beyləqanda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirib

Press-relizlər
25.01.2019 / 15:31
Ətraflı oxu

Dövlət Komitəsində görüşlər keçirilib

Xəbərlər
10.02.2020 / 17:54
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu ilin 6 ayının yekunlarına həsr olunan kollegiya ...

Press-relizlər
25.07.2016 / 16:34
Ətraflı oxu