Tərtər rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər / 08.11.2018 / 14:58

Noyabrın 7-də  Tərtər rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi və Tərtər Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Tərtər rayonu 6 saylı tam orta məktəbdə “Uşaq Hüquqları aylığı” çərçivəsində “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda tədbir keçirilib.

Tədbirdə Tərtər rayonu 6 saylı tam orta məktəbinin direktoru Azad Abbasov, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov, Tərtər rayon Təhsil şöbəsinin əməkdaşları - İntiqam Nuriyev, Əmirxan Səfərov, Nuranə Məmmədli, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tərtər rayonu 6 saylı tam orta məktəbinin direktoru Azad Abbasov tədbiri giriş sözü ilə açaraq bildirib ki, uşaq hüquqları ilə bağlı  tədbirlərin məktəblərdə keçirilməsinin əhəmiyyəti çox böyükdür. O, çıxışında qeyd edib ki, bugünkü tədbir çox aktual bir mövzuya həsr edilib.

Tədbirdə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov “Uşaqları dini fanatizm və radikalizm təhlükəsindən qoruyaq” mövzusunda məruzə edərək bildirib ki,  Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir, bu sahədə dövlət siyəsətinin əsas məqsədi uşaqların tərbiyə olunması, təhsil alması və layiqli vətəndaş kimi formalaşmasının təmin edililməsidir. Tərtər rayon “Cümə” məscidi dini icmasının sədri və imamı Sadiq Cəfərov öz çıxışında uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin böyük rolu olduğunu  qeyd edib.

Daha sonra çıxış edən Tərtər Rayon Təhsil Şöbəsinin əməkdaşları - İntiqam Nuriyev, Əmirxan Səfərov və Nuranə Məmmədli belə tədbirlərin davamlı keçirilməsini tövsiyə ediblər.

Sonda dinləyicilər tərəfindən verilən suallar cavablandırılıb.


Son baxılan xəbərlər

İlham Əliyevin mükəmməl “multikulturalizm və tolerantlıq modeli”

Xəbərlər
01.11.2018 / 10:05
Ətraflı oxu

Prezident İlham Əliyev Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak edib

Xəbərlər
06.11.2018 / 10:36
Ətraflı oxu

Qubada bölgənin din xadimləri Bayraq muzeyində olublar

Press-relizlər
07.11.2018 / 16:40
Ətraflı oxu

Səyyad Salahlı: "Dilimizin saflığının qorunub saxlanılması və gələcək nəslə ötürülməsində hər birimizin üzərinə böyük ...

Xəbərlər
07.11.2018 / 17:19
Ətraflı oxu

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

Xəbərlər
08.11.2018 / 17:54
Ətraflı oxu

Sumqayıtda maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
06.11.2018 / 15:25
Ətraflı oxu