Xırdalanda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir baş tutub

Xəbərlər / 25.10.2018 / 16:23

Oktyabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi tərəfindən Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə “Uşaq hüquqları aylığı” çərçivəsində “Məktəblilərin dini radikalizmin zərərli təsirlərindən mühafizəsi yolları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Orxan Axundov və Şahlar Məmmədov, 3 nömrəli məktəbin direktoru Sevinc Məmmədəliyeva, məktəbin müəllim kollektivi və uşaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevinc Məmmədəliyeva müasir cəmiyyətimizdə dini radikalizmin zərərli təsirlərindən danışıb. Bildirib ki, milli-mənəvi dəyərlərimiz dini radikalizmlə mübarizədə önəmli rol oynayır və hər bir gənc bu dəyərlərə bağlı ruhda formalaşmalıdır.

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı O.Axundov tədbir iştirakçılarına dini radikalzmin  mahiyyəti haqqında məlumat verib, radikal dini düşüncəyə sahib şəxslərin kənar siyasi ideologiyaya xidmət etdiyini, əslində İslamın sülh və qardaşlıq dini olduğunu, hər hansı təriqətin, dini cərəyanın çərçivəsinə sığmadığını bildirib.

Daha sonra çıxış edən Şahlar Məmmədov İslam dininin humanizm və insanpərvərlik kimi xüsusiyyətlərə malik olduğunu bildirib. Qeyd edib ki, zərərli dini təsirlərə düşməməyin yeganə yolu bilikli olub, yüksək savad almaqdan keçir.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Son baxılan xəbərlər

İlham Əliyevin modern dövlət modeli

Xəbərlər
24.12.2018 / 09:55
Ətraflı oxu

Şabranda “Vətən sevgisi imandandır” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.02.2018 / 17:11
Ətraflı oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
19.09.2017 / 10:26
Ətraflı oxu

“Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər
20.06.2019 / 17:02
Ətraflı oxu

“Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
29.03.2019 / 15:56
Ətraflı oxu

“İslam mədəniyyəti: keçmişdən bu günə” adlı kitab nəşr olunub

Kitablar
28.03.2019 / 16:00
Ətraflı oxu