Azərbaycan İlahiyyat İnstitutunda tədbir keçirilib

Press-relizlər / 25.10.2018 / 14:23

Oktyabrın 25-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının portalının bazasında keçirilən diskussiyalar silsiləsi davam edib.

Növbəti diskussiya “Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr” mövzusuna həsr olunub. Diskussiyada Aİİ-nin prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov, Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Anar Qafarov, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin əməkdaşı Gündüz Nəsibov, politoloq İlqar Vəlizadə, “Etnoqlobus” Beynəlxalq İnformasiya və Analitik Mərkəzinin direktoru tədqiqatçı Gülnarə İnanc iştirak ediblər.

Tədbiri Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Baş direktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayev idarə edib.

Diskussiyada dini radikalizmin səbəbləri və doğurduğu nəticələr haqqında müzakirələr aparılıb. Müzakirələrdə dini radikalizm meyillərinin təkcə müasir dövrdə deyil, bütün zamanlarda müşahidə olunduğu qeyd edilib. Tarixən din uğrunda törədilən müharibələrin və ya din pərdəsi altında aparılan işğalçılıq siyasətinin dini radikalizmə nümunə olduğu vurğulanıb. İslamın mötədillik, dialoq və tolerantlıq dini olduğunu nəzərə çatdıran tədqiqatçılar qeyd ediblər ki, hazırda müsəlman dünyasında elə insanlar, qrup və cərəyanlar vardır ki, İslamın həqiqi mahiyyətindən uzaqlaşıb, radikal və sərt mövqe tutublar.

Qeyd olunub ki, dini radikalizm meyillərinin yaranmasına ictimai, siyasi və iqtisadi məhrumiyyətlər səbəb olur. Eyni zamanda, İslam dünyasında radikalizm meyillərinin yaranma səbəblərindən birinin də müqəddəs mətnlərin kontekstdənkənar yozumu və qavranılması olduğu bildirilib.

Daha sonra tədqiqatçılar ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, cəmiyyətimizdə radikalizm meyllərinin qarşısının alınması istiqamətində dövlətimizin ardıcıl tədbirlər həyata keçirdiyini vurğulayıblar. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını bu sahədə mühüm addım hesab edən natiqlər radikallıq və təəssübkeşliyin qarşısını almaq, ölkədəki tolerantlığa, dialoqa və plüralizmə əsaslanan sağlam mühiti qorumaq üçün dinlərin doğru şəkildə öyrədilməsinin zəruri olduğunu söyləyiblər.


Son baxılan xəbərlər

Yüksək sosial rifaha və mədəni-mənəvi tərəqqiyə xidmət edən nəcib missiya

Xəbərlər
27.08.2019 / 09:38
Ətraflı oxu

Yevangelist Xristianlar İttifaqının səlahiyyətli nümayəndəsi:"Azərbaycan bir çox ölkələrə nümunə ola bilər" – MÜSAHİBƏ

Müsahibələr
30.04.2018 / 14:12
Ətraflı oxu

Prezident İlham Əliyev: “Multikulturalizm Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir”

Xəbərlər
02.05.2019 / 15:09
Ətraflı oxu

Dövlət Komitəsində Azərbaycan-Slavyan Gənclərinin birinci Forumunun iştirakçıları ilə görüş keçirilib

Press-relizlər
25.02.2019 / 16:59
Ətraflı oxu

Din xadimləri ilə videokonfrans formatında görüş keçirilib

Xəbərlər
04.07.2020 / 09:59
Ətraflı oxu

Yasamalda “Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
28.02.2019 / 16:58
Ətraflı oxu