Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib

Press-relizlər / 23.10.2018 / 17:45

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 23-də Göyçayda Ucar, Zərdab, Kürdəmir və Göyçay rayonlarının sakinlərini qəbul edib.

Qəbuldan öncə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Ümummilli Lider Heydər Əliyevin rayonda ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Göyçay rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: Dini radikalları çökdürəcəyik

Müsahibələr
13.03.2015 / 12:27
Ətraflı oxu

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbirlər keçirilib

Press-relizlər
11.11.2015 / 16:55
Ətraflı oxu

Xətai rayonu 257 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə ...

Press-relizlər
23.05.2018 / 15:33
Ətraflı oxu

Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər
16.02.2018 / 16:15
Ətraflı oxu

Xəbərlər
11.02.2019 / 10:51
Ətraflı oxu

Milli-mənəvi dəyərlərimizin qorunmasında qadınların rolu

Press-relizlər
24.08.2017 / 17:42
Ətraflı oxu