Aİİ-də Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

Press-relizlər / 11.10.2018 / 17:21

Oktyabrın 11-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərim ilə görüş keçirilib.

Tədbirdə Aİİ-nin müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər.

Aİİ-nin rektoru Ceyhun Məmmədov cənab Nasir Əbdül Kərimi və görüş iştirakçılarını salamlayaraq, ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Rektor Azərbaycanda əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışıb, bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayan rektor, ötən ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyini bildirib.  Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında danışan C.Məmmədov  institutun xarici təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib.

Sonra Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Nasir Əbdül Kərim çıxış edib. Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirən səfir instituta fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olduğunu, nəhəng layihələrə imza atdığını, paytaxtla yanaşı regionların da gündən-günə inkişaf etdiyini deyən səfir müsəlman ölkəsi olaraq bunun onlarda da xoş təəssürat yaratdığını vurğulayıb. Səfir bildirib ki, Fələstinlə Azərbaycan arasındakı əlaqələr tarixi köklərə malikdir. 2011-ci ildə Fələstinin Azərbaycanda səfirliyinin açılması ilə bu əlaqələr daha da güclənib. İki ölkənin rəhbərliyi arasında daim məsləhətləşmələr aparılır və qarşılıqlı əməkdaşlıq mövcuddur. Azərbaycan və Fələstin beynəlxalq təşkilatlar çərçivəsində, forumlarda bir-birini dəstəkləyir.

Görüş zamanı səfir Fələstin probleminin qısa tarixinə və Yaxın Şərqdə sülhün perspektivlərinə də toxunub. Ölkənin qədim və indiki dövrü haqqında sənədli materiallar təqdim edən səfir Fələstin probleminin tarixi, bir sıra aspektləri və müasir durumu haqqında ətraflı məlumat verib və bu problemə bir sıra beynəlxalq təşkilatların və aparıcı dövlətlərin münasibəti haqqında danışıb.

Tədbirin sonunda müzakirə aparılıb, səfir Nasir Əbdül Kərim müəllimlərin və tələbələrin suallarını cavablandırıb.


Son baxılan xəbərlər

Azərbaycan İlahiyyat İnstitutunda “Din, hüquq və əxlaq: müqayisəli təhlil” mövzusunda seminar keçirilib ...

Press-relizlər
11.10.2018 / 09:58
Ətraflı oxu

Regional konfrans işini panel formatında davam etdirib

Press-relizlər
23.01.2019 / 12:21
Ətraflı oxu

Azərbaycan Prezidenti: “Müsəlman ölkələri ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır”

Xəbərlər
14.02.2019 / 09:28
Ətraflı oxu

Bakıda “Dini maarifləndirmədə dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər
01.10.2018 / 10:27
Ətraflı oxu

İsrail və Azərbaycan: bəli, yəhudilərlə müsəlmanlar dost ola bilər!

Multikulturalizm
16.10.2018 / 10:34
Ətraflı oxu

Dövlət Komitəsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Press-relizlər
12.12.2018 / 16:24
Ətraflı oxu