Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib

Press-relizlər / 10.10.2018 / 17:26

Oktyabrın 10-da Yardımlı rayon Heydər Əliyev mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Yardımlı Rayon İcra Hakimiyyəti (RİH) və Yardımlı Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Narkomaniyaya qarşı mübarizədə din amilimövzusunda tədbir keçirilib.

Maarifləndirmə tədbirində DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı RİH başçısının birinci müavini Azər Xamıyev, Yardımlı Rayon Polis şöbəsinin  rəisi, polis polkovniki Arif Babayev, hüquq mühafizə orqanı işçiləri, ictimaiyyət nümayəndələri və məktəb şagirdləri iştirak ediblər.

 Tədbiri Yardımlı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Arif Babayev açaraq cəmiyyətdə zərərli vərdişlərin və narkomaniyanın törətdiyi fəsadlardan danışıb.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli narkomaniyanın, o cümlədən zərərli vərdişlərin törətdiyi bəlaların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən söhbət açıb. Bu cür bəlalarla mübarizədə ictimai qınağın önəmini diqqətə çatdıran natiq bu işdə din xadimlərinin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyətin düşdüyünü qeyd edib.

Yardımlı RİH başçısının birinci müavini Azər Xamıyev çıxışında zərərli vərdişlərlə və narkomaniya ilə mübarizədə milli-mənəvi dəyərlərin rolundan söhbət açaraq, gənclər arasında maarifləndirmə işinin aparılmasının əhəmiyyətini qeyd edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə əmri ilə təsdiq edilmiş “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün “Narkomaniyaya qarşı mübarizə” haqqında İş Planına uyğun olaraq keçirilib.


Son baxılan xəbərlər

Lənkəranda “Vətənpərvərliyin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
10.10.2018 / 15:25
Ətraflı oxu

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Səyavuş Heydərov: "Ölkəmizdə formalaşmış dövlət-din münasibətləri dünyaya nümunədir"

Xəbərlər
10.10.2018 / 18:00
Ətraflı oxu

Prezident İlham Əliyev: “İslam aləmində həmrəyliyin möhkəmləndirilməsi işindəki fəaliyyətimiz müsəlman dünyasında yüksək qiymətləndirilir”

Xəbərlər
10.10.2018 / 15:31
Ətraflı oxu

Daşkəsəndə ikigünlük seminar-müşavirə öz işinə başlayıb

Press-relizlər
12.10.2018 / 12:11
Ətraflı oxu

Dini icmalara avtomobillər təqdim edilib

Xəbərlər
09.10.2018 / 16:26
Ətraflı oxu