Dini icmalara avtomobillər təqdim edilib

Xəbərlər / 09.10.2018 / 16:26

Prezident İlham Əliyevin Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı 11 sentyabr 2018-ci il tarixli Sərəncama əsasən oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunda  14 dini icmaya “Khazar SD” markalı avtomobillərin açarları təqdim edilib. Mərasimdə Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyi və Himayəçilər Şurasının üzvləri iştirak ediblər. Noyabr ayında isə növbəti 7 dini icmaya avtomobillərin verilməsi nəzərdə tutulub.

Tədbirdə çıxış edən icma sədrləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, sözügedən Sərəncama uyğun olaraq bundan əvvəl Naxçıvan Muxtar Respublikasında 4 dini icmaya “NAZ Lifan 330” markalı avtomobillər verilib.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Göyçayda vətəndaşları qəbul edəcək

Press-relizlər
19.10.2018 / 17:59
Ətraflı oxu

Aİİ və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin növbəti tədbiri keçirilib

Press-relizlər
11.10.2018 / 14:23
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda Xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

Press-relizlər
09.10.2018 / 17:24
Ətraflı oxu

"Dini radikalizmə meyillilik xarici təsirlərdən qaynaqlanır"

Müsahibələr
09.10.2018 / 16:05
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.10.2018 / 17:37
Ətraflı oxu

Aİİ-də Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

Press-relizlər
11.10.2018 / 17:21
Ətraflı oxu