Press-relizlər / 30.03.2018 / 14:25
Martın 30-da Sumqayıt şəhəri 30 saylı tam orta məktəbində “Milli-mənəvi dəyərlərimizdə humanizm prinsipləri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini Yalçın Abdullayev, məktəbin direktor müavini Rafael Nəbiyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan R. Nəbiyev ölkəmizin müstəqilliyini əldə etdikdən sonra bir sıra zərərli ünsürlərin din pərdəsi altında xalqımızın tarixən formalaşdırdığı milli-mənəvi zənginliyinə qarşı mənəvi terror həyata keçirmək üçün etdiyi cəhdlərdən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın əməkdaşı Y. Abdullayev milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olan birgəyaşayış və tolerantlıq ənənələrinin hümanizm prinsiplərinə əsaslandığını qeyd edərək bildirib ki, gənc nəslin bu dəyərlərə sadiq ruhda tərbiyə edilməsi istiqamətində səylər artırılmalıdır.
Natiq çıxışında 31 Mart - Azərbaycanlıların Soyqırımına da toxunaraq tədbir iştirakçılarına bu hadisənin tarixi haqqında geniş məlumat verib.
Tədbirin sonunda DQİDK-nin sifarişi ilə çəkilən “Şəhadət” filmi nümayiş edilib.