“Vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət” mövzusunda tədbir keçirilib

Press-relizlər / 19.12.2017 / 11:58

Dekabrın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində “Vətənə sədaqət, milli-mənəvi dəyərlərə hörmət” mövzusunda maarifləndirici tədbir keçirilib. 
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Sabirabad rayonu Dadaşbəyli kənd məscidi dini icmasının sədri Əlisoltan Əliyev, Dadaşbəyli kənd məscidi dini icmasınının dini ayinlərinin  icraçısı Elvin Zeynallı, dini icma üzvləri, ziyalılar, ağsaqqallar və gənclər iştirak ediblər.
Dadaşbəyli kənd məscidi dini icmasının sədri Əlisoltan Əliyev vətənpərvərlik və İslam həmrəyliyinin əhəmiyyətindən danışıb. O bildirib ki, gənclərimizdə Vətənə məhəbbət hissini aşılamaq, bu sahədə təbliğat işləri aparmaq üzərimizə düşən əsas vəzifələrdəndir. Vətəni sevmək, onu qorumaq üçün gənclərimiz milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmalıdırlar.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov qeyd edib ki, milli-mənəvi dəyərlərimizin təbliği radikalizm və digər zərərli vərdişlərə qarşı mübarizədə önəmli amillərdən biridir. Vətəni sevmək, onu qorumaq üçün gənclərimiz milli-mənəvi dəyərlər ruhunda formalaşmalıdırlar. O, həmçinin çıxışında Vətənə layiqli vətəndaş olmaq üçün elmə və biliyə yiyələnməyin, milli-mənəvi dəyərlərimizə sahib çıxmağın əhəmiyyətini vurğulayıb.
Daha sonra tədbirdə dini icmanın dini ayinlərinin icraçısı Elvin Zeynallı çıxış edərək Vətənə, doğma torpağa sevginin imanın təzahürü olduğunu bildirib. O, İslam dininin Vətən sevgisinə, vətənpərvərlik hisslərinə böyük önəm verdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr edilən maarifləndirici ədəbiyyatlar paylanılıb.
  


Son baxılan xəbərlər

Masallıda "Gənclərin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunması” mövzusu müzakirə olunub

Press-relizlər
06.11.2018 / 10:15
Ətraflı oxu

Pirallahıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
17.09.2018 / 10:28
Ətraflı oxu

Səyavuş Heydərov: Azərbaycan dövləti vətəndaşlarımızın dini ehtiyaclarına daim diqqət və qayğı göstərir

Müsahibələr
03.05.2018 / 10:59
Ətraflı oxu

Lənkəranda növbəti maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.11.2019 / 16:59
Ətraflı oxu

Sumqayıtda “Milli-mənəvi dəyərlərimizi öyrənək və yaşadaq” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.01.2018 / 15:12
Ətraflı oxu

Mübariz Qurbanlı: Dini radikalizmin qarşısı alınır və alınacaq (Video-müsahibə)

Müsahibələr
17.09.2014 / 18:24
Ətraflı oxu