.jpg&w=1200)
Press-relizlər / 07.11.2017 / 15:45
Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Oğuz rayon Tərkeş kənd məscidi dini icması tərəfindən “Dini radikalizmin milli-mənəvi dəyərlərimizə təsiri” layihəsi çərçivəsində Tərkeş kənd orta məktəbində dini maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları Taleh Abdullayev, Elvin Qarayev, məktəbin direktoru Ceyhun Məcidov, Tərkeş kənd məscidi dini icmasının sədri Əlisəfa Dursunov, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Oğuz rayon Tərkeş kənd tam orta məktəbinin direktoru Ceyhun Məcidov dini radikalizmlə mübarizə sahəsində görülən tədbirlərin əhəmiyyətindən bəhs edib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Taleh Abdullayev dini radikalizm və onun fəsadları haqqında ətraflı məlumat verib. O, həmçinin Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən bəhs edib, ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər şərait yaradıldığını bildirib.
Tərkeş kənd məscidi dini icmasının sədri Əlisəfa Dursunov dini radikalizm və ekstremizmlə mübarizədə milli-mənəvi dəyərlərin təbliğinin vacibliyindən danışıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş olunub.