Dini radikalizmlə mübarizə müzakirə olunub

Press-relizlər / 16.01.2017 / 13:04

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndərmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Yardımlı rayonu Çayüzü kənd  məscidi dini icmasında yanvarın 16-da  “Gənclərimizin radikal dini cərəyanlardan qorunması” adlı layihə çərçivəsində  “Dini radikalizmlə mübarizədə ailə dəyərlərinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı rayon Çayüzü kənd tam orta məktəbinin direktoru Hacıabış Əhmədov, Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov və icma üzvləri, dindarlar, gənclər, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbirdə məruzə ilə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli layihə barədə, eləcə də  gənclərimizin zərərli vərdişlərdən və radikal təsirlərdən qorunmasında ailə dəyərlərinin rolundan danışıb. Natiq zərərli vərdişlərə qarşı birgə mübarizənin əhəmiyyətini, bu sahədə maarifləndirmənin zəruriliyini xüsusi qeyd edib. 
Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, Çayüzü kənd tam orta məktəbinin direktoru Hacıabış Əhmədov, kənd ağsaqqalı Sahibəli Həsənov  və başqaları çıxışlarında  Azərbaycan  dövlətinin radikal dini meyillərə qarşı qətiyyətlə mübarizə apardığını, eyni zamanda müasir gənclərimizin zərərli vədişlərdən qorunmasında maraqlı olduğunu vurğulamaqla  bu sahədə DQİDK-nın  həyata keçirdiyi genişmiqyaslı tədbirləri yüksək qiymətləndiriblər.
Sonda Dövlət Komitəsi tərəfindən maarifləndirmə məqsədi ilə hazırlanmış broşürlər tədbir iştirakçılarına paylanılıb. 


Son baxılan xəbərlər

Sabirabadda "Sülh aylığı" çərçivəsində tədbir keçirilib

Press-relizlər
02.09.2019 / 14:11
Ətraflı oxu

Azərbaycan tarixində Heydər Əliyev imzası

Xəbərlər
12.07.2019 / 09:23
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Özbəkistan səfiri ilə görüşüb

Xəbərlər
30.09.2020 / 13:39
Ətraflı oxu

Komitə sədri Mübariz Qurbanlı: “Məğlubiyyət erməniləri o qədər çaşdırıb ki, onlar din amilinə əl ...

Press-relizlər
16.10.2020 / 17:43
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda tədbir keçirilib

Press-relizlər
25.10.2018 / 14:23
Ətraflı oxu

Yevangelist Xristianlar İttifaqının səlahiyyətli nümayəndəsi:"Azərbaycan bir çox ölkələrə nümunə ola bilər" – MÜSAHİBƏ

Müsahibələr
30.04.2018 / 14:12
Ətraflı oxu