Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür

Xəbərlər / 12.12.2016 / 15:19

Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Görkəmli siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti (1993-2003), xalqımızın Ümummilli Lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qırğına etiraz əlaməti olaraq bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı Mixail Qorbaçovun ikiüzlü siyasətinə etiraz olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri olub. 1993-cü ilin may-iyununda hökumət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxıb.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. Xalqın böyük sevgisini qazanan Ulu Öndər 1998-ci il oktyabrın 11-də keçirilən seçkilərdə ikinci dəfə Prezident seçilib.


    

Son baxılan xəbərlər

Dövlət Komitəsi sədrinin müavinləri ilə görüş vaxtı dəyişdirilib

Xəbərlər
16.03.2020 / 11:12
Ətraflı oxu

Sumqayıtda “Milli-mənəvi dəyərlərimizdə humanizm prinsipləri” mövzusu müzakirə olunub

Press-relizlər
30.03.2018 / 14:25
Ətraflı oxu

İsrail və Azərbaycan: bəli, yəhudilərlə müsəlmanlar dost ola bilər!

Multikulturalizm
16.10.2018 / 10:34
Ətraflı oxu

İstanbulda 8-ci Dünya İslam Forumu keçirilir

Press-relizlər
02.03.2018 / 14:42
Ətraflı oxu

Zaqatalada 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş videokonfrans keçirilib

Press-relizlər
27.01.2021 / 17:31
Ətraflı oxu

Balakəndə maarifləndirici tədbir keçirilib

Press-relizlər
01.06.2017 / 16:29
Ətraflı oxu