“Azərbaycanda multikulturalizm dəyərləri” mövzusunda seminar keçirilib

Press-relizlər / 22.11.2016 / 15:30

SOCAR Təlim Tədris Sertifikatlaşdırma İdarəsinin Qobustan Regional Təlim Mərkəzində “Azərbaycanda multikulturalizm dəyərləri” mövzusunda seminar keçirilib.
Seminarda TTSİ-nin rəis müavinləri Dünyamalı Pənahov, Natiq Şərbətov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşunaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, eləcə də Qobustan regional təlim mərkəzinin müəllim, tələbə və şagird heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan TTSİ-nin rəis müavini Dünyamalı Pənahov məruzəsində Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanılması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin “Multikulturalizm ili” elan olunmasının əhəmiyyətini vurğulayıb.
Tədbirdə DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Müstəqilliyimizin ilk illərində yaranmış xaosdan ölkəni xilas edən və xalqın istəyi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev respublikamızda dini etiqad azadlığının təminatçısına çevrilib, milli-mənəvi dəyərlərin qoruyucusu olub. Heydər Əliyev Azərbaycanda yaşayan dini icmalara qarşı həmişə hörmət və ehtiramla yanaşıb, adət-ənənələrinə qayğı göstərib. Natiq qeyd edib ki, multikultural dəyərlər baxımından Azərbaycan xalqı ruhən zəngin bir xalq olaraq dünyaya nümunədir.
N.Məmmədov,  eyni zamanda dünyada din adından sui-istifadə hallarına da diqqət çəkib. Bəzi qüvvələrin insanların heysiyyatından istifadə edərək şəxsi ambisiyalarını gerçəkləşdirmək üçün törətdiyi vəhşiliklərin İslam adına çıxarılmasının qəbul edilməzliyini vurgulayan məruzəçi dini radikalizm və ekstremizmin fəsadlarından da söz açıb. O, eyni zamanda bəzi radikal kəsimlərin istifadə etdiyi metodlardan da danışıb.
Tədbirin sonunda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” filmi nümayiş etdirilib.
    


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb

Xəbərlər
04.09.2019 / 18:05
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Biz tariximizi öyrənərək, tarixdən ibrət dərsi götürməliyik"

Press-relizlər
01.06.2018 / 17:06
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin birinci müavini Neftçalada vətəndaşları qəbul edib

Press-relizlər
23.01.2020 / 15:24
Ətraflı oxu

Azərbaycan Prezidenti: “Müsəlman ölkələri ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır”

Xəbərlər
14.02.2019 / 09:28
Ətraflı oxu

Bərdədə “İslam həmrəyliyi: ortaq dəyərlər əsasında” mövzusunda tədbir baş tutub

Press-relizlər
23.02.2018 / 16:14
Ətraflı oxu

Masallıda “Mənəvi birlik rəmzi - Qurban bayramı” mövzusunda tədbir keçirilib

Press-relizlər
20.08.2018 / 15:28
Ətraflı oxu