Qaxda “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusu müzakirə olunub

Press-relizlər / 14.09.2021 / 12:37

Sentyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda onlayn seminar keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Tərlan Nəzərov, Qax rayonu C.Cabbarlı adına Mərkəzi Kitabxanalar Sisteminin müdiri Güllü Əhmədova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax rayonu üzrə nümayəndəliyinin direktoru Elmir Həşimli,  gənclər və dini icma sədrləri iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyəti bildirilib, multikulturalizmin və tolerantlığın tarixən və bu gün milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrildiyi qeyd edilib. Vurğulanıb ki, dövlətimiz tərəfindən həyata keçirilən ardıcıl və düşünülmüş siyasət nəticəsində bu gün  Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkana çevrilib və bir sıra dünya ölkələri tərəfindən ayrı-ayrı millətlərin və müxtəlif dini konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlərə qarşı mübarizədə xalqımızın tarixi-mənəvi irsi olan tolerant və multikultural  dəyərlərin qorunması və yaşadılması, milli-mənəvi dəyərlərin yeniyetmələrə və gənclərə aşılanması, sonuncu səmavi dinimiz müqəddəs İslam dininin həqiqi biliklərinin düzgün formada cəmiyyətimizə çatdırılması bu gün üçün olduqca vacib amildir.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 


Son baxılan xəbərlər

Siyəzən rayonunun Gilgilçay qəsəbəsində “Şəhadət” filmi nümayiş etdirilib

Arxiv
07.06.2018 / 15:41
Ətraflı oxu

Zaqatala rayonunda “Milli dəyərlərimiz, həmrəylik və vətənpərvərlik” adlı tədbir təşkil olunub

Press-relizlər
04.04.2017 / 15:44
Ətraflı oxu

“Müasir cəmiyyət və din” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.06.2019 / 09:14
Ətraflı oxu

“Mehriban Əliyeva: Dini və etnik dözümlülük bizim sərvətimizdir” adlı kitab nəşr olunub

Kitablar
14.12.2017 / 11:27
Ətraflı oxu

“Bakı prosesi: dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib

Press-relizlər
25.06.2018 / 16:24
Ətraflı oxu

Zaqatalada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə olunub

Xəbərlər
19.11.2019 / 15:02
Ətraflı oxu